Lvovda qatarlar toqquşub, xəsarət alanlar var

Lvovda qatarlar toqquşub, xəsarət alanlar var backend

Lvovda sərnişin qatarı elektrovozla toqquşub, 5 nəfər xəsarət alıb

Lvovun Pidzamçe stansiyası yaxınlığında Lvov - Sokal marşrutu üzrə hərəkət edən sərnişin dizel qatarı elektrovozla toqquşub.

Qaziler.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznıtsya" (Ukrayna Dəmir Yolları) və Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Daşıyıcı şirkətin verdiyi məlumata görə, dizel qatarının maşınisti ayağından zədə alıb. Bundan əlavə, həmin qatarın daha dörd sərnişininə tibbi yardım göstərilib.

QAZİLER.AZ