Peskov: Putin, Tramp və Si Cinpin arasında mümkün görüş üçün hələlik heç bir plan yoxdur.
Hazırda Rusiya tərəfi Rusiya, ABŞ və Çin prezidentləri - Vladimir Putin, Donald Tramp və Si Cinpinin iştirakı ilə keçiriləcək qarşıdan gələn üçtərəfli sammitin gündəliyi ilə bağlı heç bir təklif təqdim etməyib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavab olaraq bildirib.
"Xeyr, hələlik yox", - Peskov deyib.
Bu onun Rusiya prezidenti Vladimir Putinin Valday Forumunda qeyd etdiyi liderlər arasında üçtərəfli görüşün mümkünlüyü ilə bağlı şərhi idi.
QAZİLER.AZ

