Ukraynanın Müdafiə naziri Yevgeni Xmara ölkəsinin Rusiyanın ballistik raket buraxılış qurğularına zərbələr endirdiyini və bu istiqamətdə uğurlu nəticələr əldə etdiyini bildirib.
RBC-Ukraynanın məlumatına görə, müdafiə naziri Yevgen Xmara bunu alman həmkarı Boris Pistoriusla söhbəti zamanı bildirib.
"Biz Rusiyanın ballistik raket zərbələri təhlükəsini ayrıca müzakirə etdik. Ukrayna asimmetrik cavablar hazırlayır və Rusiya raket atıcı qurğularını vurur. Biz bu cür hədəfləri vurmaqda nəticələr əldə etmişik", - deyə müdafiə naziri qeyd edib.
Xmara əlavə edib ki, o və Pistorius xüsusilə Kiyevdə vacib infrastrukturun qorunması üçün əsas ehtiyacları müzakirə ediblər.
Tərəflər həmçinin Kiyev başda olmaqla kritik infrastrukturun müdafiəsi üçün hava hücumundan müdafiə sistemlərinin, xüsusilə IRIS-T üçün raketlərin tədarükünün artırılmasını müzakirə ediblər.
QAZİLER.AZ

