15 yaşlı oğlan əmisini öldürdü

15 yaşlı oğlan əmisini öldürdü backend

Türkiyəni Eskişehr şəhərində 15 yaşlı oğlan mübahisə zamanı əmisini güllələyib. Ağır yaralanan kişi xəstəxanada ölüb, oğlan isə həbs olunub.

Qaziler.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Eskişehrin Təpəbaşı rayonunda baş verib. Naməlum səbəbdən 15 yaşlı A.A. əmisi Məhəmməd Aslanoğlu ilə mübahisə edib və sonra əlindəki silahla atəş açıb.

Aslanoğlu xəstəxanaya aparılıb, lakin bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Əmisini öldürən oğlan  həbs olunub.

QAZİLER.AZ