Ağır cinayətlərə görə "İnterpol"la beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Saxlanma Ermənistan hüquq-mühafizə orqanlarının sorğusu əsasında həyata keçirilib. Öz ölkəsində həmin şəxs qrup şəklində qətl, xuliqanlıq və qanunsuz odlu silah gəzdirmək və saxlamaqda ittiham olunur.
Hazırda saxlanılan şəxsin sonradan Ermənistana verilməsi məqsədilə qanunla tələb olunduğu kimi ekstradisiyadan əvvəlki prosedurlar davam edir.
QAZİLER.AZ

