Ukrayna Rusiyanın eskalasiya addımlarına cavab hazırlayır və hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsi, həmçinin aviasiyaya dəstək məqsədilə beynəlxalq tərəfdaşlarla aktiv iş aparır.
Qaziler.az bildirir ki, "RBK-Ukraynа"nın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında bildirib.
Dövlət başçısı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Poklad və Prezident Ofisinin rəhbər müavini Pavel Palisanın hesabatları zamanı düşmənin addımlarına qarşı ilkin addımların müəyyən edildiyini diqqətə çatdırıb:
"Rusiyanın bu eskalasiya dalğasına cavablarımızı hazırlayırıq. Ukraynaya əlavə HHM paketləri və F-16 üçün sursat təmin edə biləcək tərəfdaşlarla işləyirik. Kömək etməyə hazır olan hər bir ölkəyə minnətdaram".
Məruzə zamanı, həmçinin cəbhə xəttindəki ukraynalı müdafiəçilərin təminatına və birbaşa ön xətdən gələn sorğuların icrasına xüsusi diqqət yetirilib.
Prezident döyüş korpusları və briqada komandirlərinin tələblərinin yerinə yetirilməsinin davam etdirildiyini vurğulayıb.
QAZİLER.AZ

