Türkiyənin Bursa şəhərində baş verən dəhşətli qəzada avtomobilin əks zolağa keçərək motosikletlə toqquşması kameraya düşüb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, motosiklet sürücüsü qəzada ölüb, 13 yaşlı oğlu isə ağır yaralanıb. Həmçinin məlum olub ki, mərhum sürücünün həyat yoldaşı da arxadan gəlib və qəzaya şahid olub. Avtomobil sürücüsü həbs olunsa da, sonradan sərbəst buraxılıb.
Dəhşətli qəza Bursa-Orhaneli yolundakı Doğancı Tunelində baş verib. Bilal Ç.-nin idarə etdiyi avtomobil Orhaneli istiqamətində hərəkət edən Əli B.-nin (52) idarə etdiyi motosikletlə toqquşub. Toqquşmanın gücü Əli B. və onun arxasında gedən oğlu C.B.-ni (13) havaya qaldırıb, motosiklet isə tunel divarına çırpılıb.
Peşəkar səsləndirmə sənətçisi və motosiklet qrupunun başkanı olan Əli B.-nin oğlu C.B. ilə birlikdə Orhanelidə motosiklet həvəskarları və onların ailələri üçün təşkil edilən tədbirə qatılmaq üçün yola çıxdığı öyrənilib.
QAZİLER.AZ

