Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib. Telefon danışığı zamanı liderlər Ukraynadakı münaqişəni də müzakirə ediblər.
Qaziler.az bildirir ki, bu barədə TASS agentliyi Türkiyə liderinin dəftərxanasına istinadən məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin ilkin dərəcəli əhəmiyyət kəsb etdiyini bildirib. O, Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa təmasların qurulması istiqamətindəki səylərə hər zaman töhfə verməyə hazır olduğunu xüsusi vurğulayıb.
Türkiyə dövlət başçısı, həmçinin Vladimir Putini "Vahid Rusiya" partiyasının Dövlət Dumasına keçirilən seçkilərdəki uğuru münasibətilə təbrik edib. Danışıqlar zamanı prezidentlər Rusiya-Türkiyə ikitərəfli münasibətlərini, eləcə də regional və qlobal xarakterli digər aktual məsələləri nəzərdən keçiriblər.
QAZİLER.AZ

