Varşavadan ukraynalı qaçqınlarla bağlı yeni qərar: Vəziyyəti düzəldəcək qanun layihəsi hazırlanır

Varşavadan ukraynalı qaçqınlarla bağlı yeni qərar: Vəziyyəti düzəldəcək qanun layihəsi hazırlanır backend

Polşa Senatının vitse-spikeri Maqdalena Beyat ukraynalı qaçqınlara dəstəyin azaldılmasının səbəbini açıqlayıb və vəziyyəti düzəldəcək yeni qanun layihəsinin hazırlandığını bildirib.

Bu barədə Polşa Senatının vitse-spikeri Maqdalena Beyat "RBC-Ukrayna" agentliyinin müxbirinin sualına cavab verərkən bəyan edib.

M. Beyat qeyd edib ki, Ukraynaya dəstək məsələlərini tənzimləyən qanun layihəsinə məhz Polşa prezidenti Karol Navrotski veto qoyub. Həmin vaxt Senatın əsaslı alternativ sənəd hazırlamağa vaxtı olmadığını deyən vitse-spiker, ukraynalıların ölkədə tamamilə qanunsuz vəziyyətə düşmək riski yarandığını vurğulayıb: "Buna görə də biz müəyyən güzəştlərə getməli olduq. Bu addımların bəziləri ən müdafiəsiz təbəqənin yardımını kəsdiyi üçün hələ də ciddi problem olaraq qalır".

Bununla belə, o, qaçqınların vəziyyətini yaxşılaşdıracaq yeni qanun layihəsinin artıq hazırlandığını diqqətə çatdırıb.