Fransa və Avropa müdafiə və təhlükəsizlik sahəsində öz kimliyini Rusiya ilə qarşıdurma üzərində qurur ki, bu da çıxılmaz bir yoldur.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 7-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov keçirdiyi brifinqdə bəyanat verib.
Kreml rəsmisi Avropa ölkələrinin hazırkı strateji kursunu kəskin tənqid edib: “Bu, pisdir, çünki onlar müdafiə və təhlükəsizlik sahəsində öz kimliklərini Rusiya Federasiyası ilə qarşıdurma bazasında qururlar. Tarixin də göstərdiyi kimi, bu, çıxılmaz yoldur və heç bir yaxşı nəticəyə gətirib çıxarmır”.
Peskov həmçinin qeyd edib ki, Avropa hazırda Avropa İttifaqının (Aİ) hərbiləşdirilməsi və onun iqtisadi birlikdən hərbi-siyasi bloka çevrilməsi planlarına aludə olub. Kreml təmsilçisinin sözlərinə görə, bu prosesin nəticəsi olaraq gələcəkdə Aİ-nin üç fərqli ölçüsü — iqtisadi, hərbi və hərbi-siyasi formasiyası meydana çıxa bilər.
"Biz dialoqa açığıq. Biz inanırıq ki, istənilən problem raket atışları ilə deyil, dialoq yolu ilə həll olunmalıdır", - Peskov deyib.
QAZİLER.AZ

