Kiyevə gecə hücumunun ağır nəticələri: Ölənlər var

Kiyevə gecə hücumunun ağır nəticələri: Ölənlər var backend

Oktyabrın 7-də gecə saatlarında Kiyevə endirilən zərbələr nəticəsində şəhərin Darnitsa rayonunda iki nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Kiyev Şəhər Hərbi Administrasiyası səhər saatlarında iki nəfərin öldüyünü açıqlayıb və onların yaxınlarına başsağlığı verib. Daha əvvəl Darnitsa rayonunda açıq ərazidə dağıntıların düşməsi nəticəsində yanğın baş verdiyi bildirilmişdi.

Gecə ərzində Kiyev bir neçə dəfə ballistik raketlərlə hücuma məruz qalıb. İlk hücum yerli vaxtla saat 03:23 radələrində, növbəti zərbə isə səhər saat 05:00 radələrində qeydə alınıb.

Hücumun nəticələri Obolon, Podolsk və Şevçenko rayonlarında da qeydə alınıb. Zərbələr qeyri-yaşayış sahələrinə və anbar binalarının ərazisinə düşüb.

Bundan əvvəl mümkün kütləvi hücum barədə xəbərdarlıq edilmişdi. Oktyabrın 6-da axşam saatlarında Ukrayna Prezidenti Vladimir Zelenski yenilənmiş kəşfiyyat məlumatlarına istinad edərək ölkə vətəndaşlarına müraciət etmişdi.

QAZİLER.AZ