Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Rusiya Prezidenti Vladimir Putini doğum günü münasibətilə təbrik edib.
Qaziler.az lenta.ru-ya istinadən xəbər verir ki, o, Rusiya xalqına rifah və firavanlıq, Putinə isə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətində uğurlar arzulayıb.
Berdiməhəmmədov Moskva ilə Aşqabad arasında dostluq və strateji tərəfdaşlığın möhkəmləndirilməsində Putinin şəxsi töhfəsini yüksək qiymətləndirdiyini bildirib.
Vladimir Putin oktyabrın 7-də doğum gününü qeyd edir.
QAZİLER.AZ

