Bir gün əvvəl nişanlanan cütlük qəzada öldü

Bir gün əvvəl nişanlanan cütlük qəzada öldü backend

Türkiyənin Çorum şəhərində avtomobil ilə cipin toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Çorum-İskilip yolunun Ceritbeli ərazisində baş verən qəzada avtomobilin sürücüsü Zehra Betül Yılmaz, cipin sürücüsü Mert Üstünel və avtomobildə olan 6 yaşlı Hüsra Lal hadisə yerində həyatını itirib.

Ağır yaralanan Ömər Cebeci xəstəxanada dünyasını dəyişib. Digər yaralı Münevver Lalın müalicəsi reanimasiya şöbəsində davam edir.

Məlumata görə, qəzada həyatını itirən Zehra Betül Yılmaz və Ömər Cebeci hadisədən bir gün əvvəl nişanlanıblar.

QAZİLER.AZ