Ukrayna kəşfiyyatının yenilənmiş məlumatlarına görə, Rusiya Ukraynaya kütləvi hücuma hazırlaşır.
Qaziler.az bildirir ki, u barədə RBC-Ukrayna Prezident Volodimir Zelenskinin bəyanatına istinadən məlumat verib.
Dövlət başçısının sözlərinə görə, Ukrayna xidmətləri və Hərbi Hava Qüvvələri mövcud müdafiə imkanları daxilində təhlükəyə cavab verməyə hazırdır.
Dövlət başçısı vətəndaşları hava həyəcanı siqnallarına laqeyd yanaşmamağa və dərhal sığınacaqlara yerləşməyə çağırıb.
Prezidentin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələri mövcud müdafiə vasitələri çərçivəsində yaranan təhlükəyə reaksiya verməyə tam hazırdır.
"Xahiş edirəm, sizdən çox xahiş edirəm, özünüzü qoruyun. Raket təhlükəsi barədə siqnallara dərhal reaksiya verin", — deyə Zelenski vurğulayıb.
Prezident vurğulayıb ki, Ukrayna səmasının qorunmasının effektivliyi əsasən tərəfdaşlarımızdan asılıdır: "Bu, bizə lazım olan müdafiə vasitələrinə sahib olan və onları bizə ötürə biləcək dünyadakı hər bir liderdən, hər bir dövlətdən asılıdır".
QAZİLER.AZ

