VIII Dövlət Dumasının deputatı Mixail Romanov oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzaladığını və "xüsusi hərbi əməliyyat" zonasına (Ukraynadakı müharibə - red.) yollandığını açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin ehtiyatdakı zabiti olaraq, Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalamaq qərarına gəldim. Xüsusi hərbi əməliyyat zonasında hərbi vəzifəmi şərəflə yerinə yetirməyə başlayıram", - deyə o, Telegram kanalında bildirib.
Romanov Dövlət Dumasındakı on illik təcrübəsini hərbi vəzifəsini yerinə yetirməkdə faydalı hesab etdiyini bildirib. O, həmçinin qeyd edib ki, Sankt-Peterburq sakinlərini məyus etməmək və qələbənin əldə olunmasına töhfə vermək üçün əlindən gələni etmək niyyətindədir.
Romanov 2016-cı ildən 2026-cı ilə qədər VIII Dövlət Dumasında Sankt-Peterburqu təmsil edib. O, yenidən seçilmək üçün mübarizə aparsa da, 211-ci seçki dairəsində Vahid Rusiya partiyasının ilkin seçkilərində Mixail Raxlinə uduzub.
QAZİLER.AZ

