Ukraynada hipermarketdə kişi insanlara hücum edib, xəsarət alanlar var

Ukraynada hipermarketdə kişi insanlara hücum edib, xəsarət alanlar var backend

Ukraynanın Kovel şəhərində hipermarketdə kişi vitrindən balta götürərək bir neçə müştəriyə xəsarət yetirib.

Hücum edən şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Volın vilayəti üzrə Milli Polis Baş İdarəsinə istinadən məlumat yayıb.

Oktyabrın 6-sı yerli vaxtla saat 16:00 radələrində bir kişi Kovel hipermarketində vitrindən balta götürüb. Polis bildirib ki, o, balta ilə üç müştəriyə xəsarət yetirib.

"Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və tibbi yardım alırlar", - məlumatda deyilir.

Polis hücum edən şəxsi saxlayıb. O, 2003-cü il təvəllüdlü yerli sakindir.

Hadisə ilə bağlı ilkin araşdırmalar aparılır. Hadisənin bütün halları araşdırılır.

QAZİLER.AZ