Böyük Tehranın İctimai Yerlərə Nəzarət Polis İdarəsinin rəisi, polkovnik Əli Rəfii kafelərdə qəlyan təqdim edilməsinin və canlı musiqi tədbirlərinin keçirilməsinin qadağan olduğunu bildirib.
Qaziler.az bu barədə "Azad İran" teleqram kanalına istinadla xəbər verir. İdarə rəisinin sözlərinə görə, kafelərin təhsil müəssisələrinin bir kilometr yaxınlığında fəaliyyət göstərməsinə də icazə verilmir.
Rəfii qeyd edib ki, kafelərdə qəlyan təqdim edilməsi qayda pozuntusu hesab olunur. Habelə, canlı musiqi təşkil edilməsi və DJ-dən istifadə edilməsi polis tərəfindən qadağan edilmiş fəaliyyətlər sırasındadır.
Polis rəisi bildirib ki, bu qaydaların pozulması hallarında müvafiq tədbirlər görüləcək.

