İranda yüksək vəzifəli dövlət rəsmilərinin ictimai tədbirlər zamanı ağıllı saatlardan istifadə etməsi təhlükəsizlik narahatlıqlarına səbəb olub.
Qaziler.az xəbər verir ki, “Al Hadath” kanalının iranlı mühafizəkar siyasi şərhçi Əli Qolhəkiyə istinadən yaydığı məlumata görə, sözügedən cihazların xarici kəşfiyyat orqanları tərəfindən müşahidə və ya mümkün sui-qəsd cəhdlərində istifadə oluna biləcəyi ilə bağlı ölkə daxilində müzakirələr aparılır.
Qolhəki ağıllı saatdan istifadə etdiyi görünən rəsmilər arasında İran Mülki Müdafiə Təşkilatının rəhbəri Cəlali, kritik infrastrukturun kiberhücumlardan qorunmasına cavabdeh Fərəhi və İranın ali rəhbərinin mərhum müşaviri Əli Şəmxaninin adlarını çəkib.
Qeyd olunub ki, müasir ağıllı saatlar mikrofon və müxtəlif sensorlarla təchiz olunur.
Məlumata görə, Livanda İsrailin 2024-cü ildə həyata keçirdiyi peycer partlayışlarından sonra İranda elektron cihazların təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb.
QAZİLER.AZ

