Ermənistan parlamentində deputatlar arasında dava düşdü - VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşdü - VİDEO backend

Ermənistan parlamentində "Vətəndaş müqaviləsi" və "Güclü Ermənistan" fraksiyalarının deputatları arasında dava düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Parlamentin spikeri Ruben Rubinyan onu dövlət vəsaitlərini israf etməkdə ittiham edən müxalif "Güclü Ermənistan" fraksiyasının üzvü Edqar Kazaryanın çıxışını kəsib. R.Rubinyan Kazaryanın çıxışının gündəlikdən kənara çıxdığını bildirib və ona sözünü bitirməyə imkan verməyib.

Bundan sonra "Mülki müqavilə"nin deputatı Vahe Qalumyan yerindən qalxaraq münasibətləri aydınlaşdırmağa gedib. O, "Güclü Ermənistan"ın deputatı Vahinak Vartanovu bir neçə dəfə itələyib, bundan sonra dava düşüb.

R.Rubinyan fasilə elan edib, işə təhlükəsizlik əməkdaşları qarışıb. Deputatlar münasibətləri dəhlizdə aydınlaşdırmağa davam ediblər.