Müəllim "Heimlich manevri" ilə şagirdi ölümdən qurtardı - VİDEO

Müəllim "Heimlich manevri" ilə şagirdi ölümdən qurtardı - VİDEO backend

Türkiyədə bədən tərbiyəsi müəllimi  boğazında poğaça parçası qalan 8-ci sinif şagirdini "Heimlich" manevri ilə ölümdən qurtarıb.

Qaziler.az bildirir ki, bu barədə "türkiyegazetesi" məlumat yayıb.

Hadisə Zonguldağ şəhərində Yayla orta məktəbində baş verib. Məktəbin bədən tərbiyəsi müəllimi Hakan Sağlam şagirdə vaxtında müdaxilə edərək onu boğulmaqdan xilas edib.

Müəllimin çevik və peşəkar müdaxiləsi məktəbin təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Boğazına çörək qırıntısı gedən, boğulmaqda olan şagirdin yanına gedən Sağlam, Heimlich manevrini yerinə yetirərək onu ölümdən qurtarıb. 

Sağlamın müdaxiləsi məktəbin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

QAZİLER.AZ