Rusiya ordusu Xarkova hücum etdi: ölənlər və çox sayda yaralı var

Rusiya ordusu Xarkova hücum etdi: ölənlər və çox sayda yaralı var backend

Rusiya ordusu oktyabrın 5-də Xarkov şəhərinə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbələr endirib.

Qaziler.az xəbər verir ki, "RBC-Ukrayna"nın Xarkov meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən yaydığı məlumata görə, Rusiya qoşunları şəhərə ən azı üç zərbə endirib.

Hücumlar nəticəsində əsas dağıntılar Slobodski rayonunda qeydə alınıb. Orada yerləşən beşmərtəbəli yaşayış binası ciddi zədələnib, həmçinin anbar binalarında güclü yanğın başlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində bir qadın xəsarət alıb. Mer İqor Terexov zərbəyə məruz qalan yaşayış binasında dağıntılar altında insanların qala biləcəyini bəyan edib.

Hazırda ərazidə bütün təcili xidmət əməkdaşlarının iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Daha sonra Xarkov meri Rusiya hücumu nəticəsində daha bir nəfərin öldüyünü bildirib. Daha 10 nəfər yaralanıb.

Yerli vaxtla saat 15:26-ya olan məlumata görə, ölənlərin sayı iki nəfərə çatıb. Həmçinin iyirmi beş nəfər yaralanıb.

Bundan əlavə, düşmən Kiyev rayonundakı yanacaqdoldurma məntəqəsinə döyüş dronu ilə zərbə endirib.

QAZİLER.AZ