Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukraynanın Rusiyanın neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələrə görə mütləq cavab verəcəyini bəyan edib.
Qaziler.az bildirir ki, RİA Novosti-nin tarixli məlumatına görə, Peskov bunu oktyabrın 5-də Kiyevin Rusiya NEZ-lərinə qarşı hücumların intensivliyini artırmaq planlarını şərh edərkən deyib.
"Silahlı Qüvvələrimizin hazırda etdiyi şey qisasdır. Ukrayna bu hərəkətlərin bədəlini ödəməlidir və mütləq ödəyəcək", - deyə o, brifinqdə Kiyevin Rusiya neft emalı zavodlarına endirilən zərbələri artırmaq planlarını şərh edərkən bildirib. O, Ukraynanın bu hərəkətlərinə görə mütləq ağır bədəl ödəyəcəyini vurğulayıb.
Kremlin sözçüsü həmçinin Rusiya Prezidenti Vladimir Putinin daha əvvəl səsləndirdiyi fikirləri xatırladaraq, məhz Ukrayna tərəfinin Rusiyanın mülki iqtisadiyyat obyektlərini hədəf almaqla hərbi hərəkətlərin miqyasını genişləndirən ilk tərəf olduğunu iddia edib.
QAZİLER.AZ

