Donbası ələ keçirməyin fərqli yolu: Rusiyadan yeni hərbi strategiya fərziyyəsi

Donbası ələ keçirməyin fərqli yolu: Rusiyadan yeni hərbi strategiya fərziyyəsi backend

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şimal sərhədlərindən ehtimal olunan yeni hücumu Donbasın tamamilə nəzarətə götürülməsinə şərait yarada bilər.

Qaziler.az-ın məlumatına görə, "Gazeta.Ru"nun hərbi şərhçisi, istefada olan polkovnik Mixail Xodarenok bildirib ki, belə bir hücum Ukrayna ordusunu cəbhənin digər çətin xətlərindəki bölmələrini geri çəkməyə məcbur edəcək. Ekspertin fikrincə, Slavyansk və Kramatorsk kimi güclü müdafiə olunan rayonlara birbaşa hücum etmək çox uzun və qanlı itkilərə səbəb ola bilər. Buna görə də düşmənin gözləmədiyi istiqamətdən zərbə endirib bu istehkamları arxadan mühasirəyə almaq və Ukrayna qüvvələrini geri çəkilməyə məcbur etmək hərbi baxımdan daha məqsədəuyğundur.

Xodarenok vurğulayıb ki, Rusiya komandanlığının real planları ciddi şəkildə gizli saxlanıldığından bu yanaşma hələlik yalnız bir fərziyyədir. Lakin belə bir strategiyanın reallaşması Rusiyanın Donbasdakı hərbi tapşırıqlarını xeyli asanlaşdıra bilər.

QAZİLER.AZ