Rusiya Ordusu Zaporojye bölgəsindəki Samoylovka yaşayış məntəqəsini tutub.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 5-də Rusiya Müdafiə Nazirliyi məlumat verib.
""Şərq" qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliyinə doğru irəliləməyə davam edərək Zaporojye bölgəsindəki Samoylovka yaşayış məntəqəsini qətiyyətlə azad etdi", - məlumatda deyilir.
Nazirlik həmçinin bildirib ki, Dnepropetrovsk bölgəsindəki Tixoye və Çaplino, Zaporojye bölgəsindəki Voskresenka, Mirovka, Zalivnoye, Omelnik, Barvinovka, Obşçeye və Nikolskoye kəndləri yaxınlığında iki hava-desant hücum briqadasının, Ukrayna Silahlı Qüvvələrinin iki hücum alayının və bir dəniz piyada briqadasının şəxsi heyəti və texnikası sıradan çıxarılıb.
Rusiya Müdafiə Nazirliyinin iddiasına görə, Ukrayna Silahlı Qüvvələri 255-dən çox hərbçisini, iki zirehli döyüş maşınını, 14 avtomobilini, bir səhra artilleriya topunu və bir əks-batareya stansiyasını itirib.
QAZİLER.AZ

