Ukrayna öz "Starlink"ini yaradır - Zelenski

Ukrayna öz "Starlink"ini yaradır - Zelenski backend

Ukrayna “Starlink”in analoqu olacaq öz peyk sistemini inkişaf etdirir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

 

"İrəliləyiş var. Biz “Starlink”in bənzəri üzərində işləyirik", - deyə prezident bildirib.

 

O əlavə edib ki, hazırda Ukraynanın Rusiyaya qarşı zərbələr endirmək üçün “Starlink” peyk rabitəsindən istifadə edə bilməsi ədalətli olardı.

 

Zelenski Rusiyanın da tezliklə oxşar imkanlar əldə etməyi planlaşdırdığını əlavə edib.