Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var backend

Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var.

 

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə səfərdə olan Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

 

"Kəşfiyyat məlumatımıza əsasən, Rusiyanın ehtiyatında təxminən 700 ballistik raket var və hər ay 140-a qədər belə raket istehsal olunur", - Ukrayna Prezidenti bildirib.

 

Onun sözlərinə görə, Rusiya kütləvi hücumların taktikasını dəyişdirir: "Taktiki dəyişikliklər təkcə hücumların sayında deyil, həm də zərbələrin texnologiyası, xüsusən də reaktiv raketlərin nisbətində hiss olunur".