İraq hökuməti İran aviaşirkətlərinin Nəcəf Beynəlxalq Hava Limanına və əks istiqamətdə uçuşlarının bərpa olunduğunu elan edib.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, qərar maraqlı tərəflərlə aparılan bir sıra danışıqlar və razılaşmalardan sonra qəbul olunub.
Məlumata görə İran aviaşirkətlərinə gündə 40-a qədər reys həyata keçirməyə icazə verilib. "Mahan Air" aviaşirkəti bu qərardan istisna təşkil edib.
Bağdadda vurğulanıb ki, aviareyslərin bərpası humanitar əhəmiyyət kəsb edir və İraqın digər ölkələrlə əlaqələrinin inkişafı səylərinin bir hissəsi kimi qiymətləndirilir.
QAZİLER.AZ

