İstanbulda 8 mərtəbəli binada yanğın baş verib

İstanbulda 8 mərtəbəli binada yanğın baş verib backend

İstanbul vilayətinin Kadıköy rayonunda bir binada baş verən yanğına cavab verən yanğınsöndürənlər içəridə qalanları xilas etmək üçün işlərə başlayıblar.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Sahrayıcedid məhəlləsindəki 8 mərtəbəli binada naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq edildikdən sonra hadisə yerinə polis, yanğınsöndürmə və tibb qrupları göndərilib.

Qatı tüstü səbəbindən bəzi sakinlər evlərində qalıb.

Yanğınsöndürənlər binada qalanları xilas etmək üçün işə başlayıblar.

Tibbi qruplar da tüstüdən təsirlənənlərə tibbi yardım göstərir.

Yaralıların bəziləri təcili yardımla xəstəxanaya aparılıb.

QAZİLER.AZ