Türkiyənin Uşak bölgəsində yük maşını ilə minik avtomobili toqquşması nəticəsində 3 nəfər ölüb.
Uşakın Ulubey rayonunda yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində eyni ailənin üç üzvü ölüb, biri isə yaralanıb.
Eşme-Uşak şossesində hərəkət edən yük maşını Ulubey yaxınlığında əks istiqamətdən gələn Ruhi Akyılın (71) idarə etdiyi avtomobillə toqquşub.
Məlumatdan sonra hadisə yerinə səhiyyə, xilasetmə, jandarma, polis və AFAD qrupları göndərilib.
Tibbi qruplar avtomobil sürücüsünün, həyat yoldaşının və qızının qəza yerində öldüyünü müəyyən ediblər.
Yaralanan və Uşak Təlim və Araşdırma Xəstəxanasına aparılan yük maşınının sürücüsü müalicədən sonra saxlanılıb.
QAZİLER.AZ

