Putin ordusuna bütün "müharibə qaydalarından" imtina etməyi əmr edib - Zelenski

Putin ordusuna bütün "müharibə qaydalarından" imtina etməyi əmr edib - Zelenski backend

Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabr ayında ölkənin hərbi rəhbərliyinə Ukraynaya qarşı hava hücumları zamanı bütün "müharibə qaydaları"ndan imtina etmək barədə göstəriş verib.

Qaziler.az-ın "Financial Times" qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində bildirib.

Zelenski qeyd edib ki, Putinin sentyabrda verdiyi bu əmr hava zərbələri zamanı bütün məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Nəticədə, Rusiyanın müharibədə üstünlüyü geri qaytarmaq cəhdləri fonunda Ukraynanın mülki obyektlərinə endirilən zərbələrin sayı kəskin şəkildə artıb.

Ukrayna xüsusi xidmət orqanları bu məlumatı Kremlin rəsmi nümayəndələrinin danışıqlarını ələ keçirərək əldə ediblər. Zelenskinin sözlərinə görə, Putin sentyabrda Rusiyanın Kiyevə hücumlarını intensivləşdirdiyi, məktəbləri, xəstəxanaları və data-mərkəzləri hədəf aldığı vaxtda "hazırda heç bir qayda yoxdur" əmrini verib. Ukrayna lideri 1 oktyabrda Kiyevdə bir məktəbə edilən hücumun bu növ məqsədyönlü zərbələrin nə dərəcədə geniş yayıldığını sübut etdiyini vurğulayıb.

QAZİLER.AZ