Rusiya Ukrayna ilə atəşkəs deyil, davamlı sülh istəyir.
TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezidentin dünən dediyi kimi, bizə atəşkəs lazım deyil, bizə sülh lazımdır”, – deyə Peskov bildirib.
O, Rusiya tərəfinin danışıqlara hər zaman açıq olduğunu da vurğulayıb.
Peskov bu fikirləri Türkiyə və BMT-nin Qara dənizdə atəşkəsə dair Rusiya və Ukrayna arasında danışıqlar hazırladığı barədə yayılan məlumatları şərh edərkən səsləndirib.
“Rusiya tərəfi danışıqlara hər zaman açıqdır”, – deyə Peskov qeyd edib. (trend)

