Voronej vilayətində "Mi-8" hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 heyət üzvü həlak olub.
Qaziler.az bildirir ki, "Mash" "Telegram" kanalının məlumatına görə, helikopter Voronejdən təxminən 80 kilometr uzaqlıqda, açıq sahəyə düşüb. Göyərtədə olan pilot, şturman və tuşlayıcı hadisə yerində dünyasını dəyişiblər.
Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil və hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, sentyabrın sonunda Amur vilayətinin Krasnoyarovo kəndində "Tu-95" strateji bombardmançı təyyarəsi də təlim uçuşu zamanı qəzaya uğramışdı. Həmin vaxt heyət üzvləri təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağı bacarmış, göyərtədəki 7 nəfərdən yalnız biri sağ qalmışdı.
QAZİLER.AZ

