Adanada topdansatış bazar kompleksində baş verən və 22 anbara yayılan yanğınla yanğınsöndürənlər mübarizə aparır.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Yeşiloba Məhəlləsindəki Vedat Dalokay Bazar Kompleksindəki anbarda naməlum səbəbdən yanğın baş verib.
Yanğın daha sonra yaxınlıqdakı digər anbarlara yayılıb.
Məlumatdan sonra hadisə yerinə polis, yanğınsöndürənlər və 112 Təcili Tibbi Yardım qrupları göndərilib.
Yanğınsöndürənlər 22 anbara yayılan yanğını söndürmək üçün səylərini davam etdirirlər.
QAZİLER.AZ

