Sankt-Peterburqun mərkəzində dəhşətli yanğın: Tarixi malikanə alova büründü

Sankt-Peterburqun mərkəzində dəhşətli yanğın: Tarixi malikanə alova büründü backend

Sankt-Peterburqun mərkəzində, İsaakiyevsk kilsəsinin qarşısında yerləşən tarixi K. L. Miller malikanəsində güclü yanğın baş verib.

Qaziler.az bildirir ki, "Fontanka" nəşrinin məlumatına görə, 1 oktyabr axşam saatlarında İsaakiyevsk meydanındakı 3 nömrəli binada yanğının qeydə alınması barədə siqnal Fövqəladə Hallar Nazirliyinə saat 20:11-də daxil olub. Cəmi 15 dəfə sonra hadisəyə 2-ci mürəkkəblik dərəcəsi verilib. Yanğın sahəsi barədə dəqiq məlumat verilməsə də, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Yanğın baş verən zaman bina boş olub və orada heç kim yaşamayıb.

Tarixi malikanə bərpa işlərinə hazırlanırdı.

"TAS" şirkəti restavrasiya üçün kredit əldə etmişdi və layihəyə qoyulacaq investisiyanın həcmi 750 milyon rubldan çox qiymətləndirilirdi.

Peterburqun Admiralteyski rayon prokurorluğu hadisəni nəzarətə götürüb, yanğının dəqiq səbəbi yanğın-texniki ekspertizasından sonra bəlli olacaq.

QAZİLER.AZ