Gürcüstan DİN hərəkətə keçdi - Marneulidə azyaşlının ana olması ilə bağlı cinayət işi açıldı

Gürcüstan DİN hərəkətə keçdi - Marneulidə azyaşlının ana olması ilə bağlı cinayət işi açıldı backend

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda 13 yaşlı yeniyetmə qızın doğum etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Qaziler.az bildirir ki, "İnterpressnyus" agentliyinin 1 oktyabr 2026-cı il tarixli məlumatına görə, azyaşlı Marneuli doğum evində əkiz uşaq dünyaya gətirib. 

Verilən məlumata görə, körpələrdən biri ölüb.

Gürcüstan DİN-dən verilən rəsmi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 140-cı maddəsinin birinci hissəsi (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) ilə cinayət işi açılıb və araşdırma aparılır.

Bildirilir ki, əkiz uşaq dünyaya gətirən qız milliyyətcə azərbaycanlıdır.

QAZİLER.AZ