Ekspertlər hesab edirlər ki, rusiyalılar Ukraynanın paytaxtındakı "Cənub körpüsü"nə zərbə endirməklə daha bir "qırmızı xətti" keçiblər.
Qaziler.az korrespondent.netə istinadən bildirir ki, oktyabrın 1-də Kiyevin gündüz atəşə tutulması zamanı Rusiya ordusu "Cənub körpüsü"nün dayaq konstruksiyalarına iki dəfə dronlarla hücum edib.
Hücumdan sonra körpüdən metro və yerüstü ictimai nəqliyyatın hərəkəti müvəqqəti olaraq konstruksiyanın yoxlanılması üçün dayandırılıb.
Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, yerli vaxtla saat 11:30 radələrində Kiyev metro qatarı hərəkət edərkən partlayış dalğası toz qaldırıb və toz havalandırma sistemi vasitəsilə sərnişin bölməsinə daxil olub. Nə sərnişinlər, nə də qatar maşinisti xəsarət almayıb. Vaqonun pəncərələri və konstruksiyası toxunulmaz qalıb və qatar əlavə yoxlama üçün depoya göndərilib.
QAZİLER.AZ

