Moskva vilayətindəki kimya zavodunda baş verən yanğının dron hücumu ilə əlaqəsi yoxdur - VİDEO

Moskva vilayətindəki kimya zavodunda baş verən yanğının dron hücumu ilə əlaqəsi yoxdur - VİDEO backend

Moskva ətrafındakı kimya zavodunda baş verən partlayış və yanğının PUA (pilotsuz uçuş aparatı) hücumu ilə bağlı olmadığı, hadisənin texnogen xarakter daşıdığı bildirilir.

Qaziler.az bildirir ki, bu barədə gazeta.ru xəbər verir.

Sergiyev Posad şəhər dairəsi rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Lujetskinin rəsmi açıqlamasına görə, Krasnozavodsk şəhərində yerləşən müəssisədə baş verən insident hərbi hücumla əlaqəli deyil və vəziyyət tam nəzarətdədir. Şahidlərin sözlərinə görə, ərazidə ən azı üç güclü partlayış səsi eşidilib və yaxınlıqdakı evlər silkələnib. Hadisə nəticəsində zavodun 4 nömrəli sexinin binası tamamilə uçub.

Hadisə baş verən an korpusda 44 nəfər olub. Onlardan 40-ı təhlükəsiz şəkildə təxliyə edilib və hazırda səhhətlərindən şikayətləri yoxdur. Dağıntılar altında qalan 4 nəfərin axtarışları isə davam etdirilir. Hadisə yerinə 5 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin təsdiqlənməmiş məlumatlara görə, partlayış nəticəsində 7 nəfər həlak olub, lakin bu rəqəm hələlik rəsmi qurumlar tərəfindən dəqiqləşdirilməyib. Specialistlər qəzanın dəqiq səbəblərini araşdırırlar.

QAZİLER.AZ