Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz uşaq dünyaya gətirib

Gürcüstanda 13 yaşlı azərbaycanlı qız əkiz uşaq dünyaya gətirib backend

Gürcüstanın Marneuli rayonundakı doğum xəstəxanasında 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib.

Qaziler.az "qruziya onlayn"a istinadən xəbər verir ki, bu barədə gürcüstanlı fəal Samirə Bayramova bildirib.

Samirə Bayramovanın sözlərinə görə, Marneulidə yetkinlik yaşına çatmayan, 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib.

"Mənə dedilər ki, Marneuli doğum xəstəxanasında 13 yaşlı qız əkiz uşaq dünyaya gətirib...

Mənbənin məlumatına görə, yeni doğulmuş körpələrdən biri dünən axşam saatlarında ölüb, digərinin vəziyyəti isə ağırdır", - Bayramova yazır.

QAZİLER.AZ