Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov hazırda hakimiyyətdə olan avropalı siyasətçiləri emosiyalarını cilovlamağa və anti-Rusiya isteriyasına qapılmamağa çağırıb.
Qaziler.az bildirir ki, "RİA Novosti" agentliyinin 1 oktyabr tarixli məlumatına görə, Peskov Avropa dövlət və hökumət başçılarının Rusiyanın ünvanına kəskin və aqressiv bəyanatlar səsləndirdiyini qeyd edib. Bununla belə, o, Rusiya Prezidenti Vladimir Putinin mövqeyini bir daha xatırladaraq, Moskinın Avropa ölkələrinə təhdid yaratmaq kimi hər hansı bir niyyətinin olmadığını vurğulayıb.
Kremlin rəsmi nümayəndəsi Rusiyanın Avropa ilə heç bir probleminin olmadığını, lakin hazırda tərəflər arasında dialoqun tamamilə kəsildiyini bildirib.
Dmitri Peskov mövcud ziddiyyətlər və qarşıdurma fonunda dialoqun olmamasını xüsusilə mənfi hal kimi qiymətləndirib. O, hazırda Avropada hakimiyyətdə olan yeni nəsil siyasətçilərin Rusiya ilə ünsiyyəti saxlamağın vacibliyini dərk etməməsindən təəssüfləndiyini vurğulayıb.
QAZİLER.AZ

