Sankt-Peterburq sakini həyat yoldaşından və məhkəmə icraçılarından gizlənmək üçün meşəyə qaçaraq dərviş həyatı yaşamağa başlayıb, lakin yuxuda Dalay Lamanı gördükdən sonra geri qayıdıb.
Qaziler.az bildirir ki, "Mash na Moyke" "Telegram" kanalının məlumatına görə, hadisəyə səbəb yerli sakinin törətdiyi dava ilə bağlı məhkəmə qərarı olub. Məhkəmə onun zərərçəkmişə 100 min rubl təzminat ödəməsi barədə hökm çıxarıb. Pul ödəməmək üçün və ailəsindən qaçmaq qərarına gələn şəxs meşəyə sığınaraq orada dua və meditasiya ilə məşğul olub.
Meşədə yaşadığı müddətdə kişi yuxusunda Dalay Lamanı gördüyünü və onun özünə təcili Çinə getməyi əmr etdiyini bildirib. Çinə yollanmaq üçün evə qayıdan borclu məhkəmə icraçıları tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib. Səfərə maneə yaranmasın deyə, o, həyat yoldaşını borcu ödəməyə göndərib. Ödəniş edildikdən sonra onun ölkədən çıxış məhdudiyyəti ləğv olunub.
QAZİLER.AZ

