Havada qanlı döyüş: "MiQ-29" qırıcısının pilotu həlak oldu

Havada qanlı döyüş: "MiQ-29" qırıcısının pilotu həlak oldu backend

Ukrayna Hərbi Hava Qüvvələrinin "MiQ-29" qırıcısının pilotu Marat Mambetov cəbhə xəttində döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

Qaziler.az bildirir ki, RBC-Ukraine-nın Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının "Facebook" səhifəsinə istinadən yaydığı məlumata görə, hadisə bu gün, 1 oktyabrda qeydə alınıb. Mambetov düşmən mövqelərinə raket-bomba zərbələri endirərkən idarə etdiyi təyyarə qarşı tərəfin raketi ilə vurulub.

Hərbi pilot vurulmuş qırıcıdan katapultasiya etməyi bacarsa da, təəssüf ki, sağ qala bilməyib.

Həlak olan pilotun "Kiyev kabusu" adlandırılan 40-cı taktiki aviasiya briqadasının manqasının komandiri, kapitan Marat Radvanoviç Mambetov olduğu məlum olub.

Ukrayna Hərbi Hava Qüvvələrindən verilən əlavə məlumata görə, kapitan Mambetov paytaxtın müdafiəsində əfsanəyə çevrilən "Kiyev kabusu" qrupunun tərkibində xidmət edirdi. O, hərbi əməliyyatların ilk günlərindən etibarən mühüm hava döyüşlərində iştirak etmiş təcrübəli pilotlardan biri idi.

QAZİLER.AZ