Ermənistanda İrana qarşı sanksiyalara qoşulur? - Paşinyan açıqladı

Ermənistanda İrana qarşı sanksiyalara qoşulur? - Paşinyan açıqladı backend

Ermənistan ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar paketini təhlil edir.

Qaziler.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan bu barədə jurnalistlərin İran aviaşirkətlərinin Ermənistana uçuşlarına mümkün məhdudiyyətlərlə bağlı suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, İrəvan bütün tərəfdaşları ilə şəffaf münasibətlər qurur və xüsusilə dost ölkələrlə əlaqələrin qorunmasına çalışır.

“Lakin keçə bilməyəcəyimiz bir xətt var: Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, – Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, zərurət yaranacağı təqdirdə məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparılacaq.

QAZİLER.AZ