Yekaterinburqda hibrid metro tikmək planlaşdırılır

Yekaterinburqda hibrid metro tikmək planlaşdırılır backend

Yeraltı qayalar metro çəkilişinə maneə törədir.

Rusiyanın Yekaterinburq şəhərində hibrid yarı-açıq hava metro sistemi tikilə bilər. Bu ərazidə yeraltı sistemin tikintisi çox çətindir.

Qaziler.az bildirir ki, "Ura.ru" portalının məlumatına görə, şəhərin baş arxitektoru Ruslan Qabdraxmanov Ural bölgəsində geniş yayılmış qayalıq relyefi keçməyin çox çətin olduğunu bildirib.

Bu səbəbdən mütəxəssislər metronun bəzi yerlərdə yerin səthinə çıxacağı yarıaçıq model üzərində işləyirlər.

Baş arxitektor bunun çox mürəkkəb mühəndislik layihəsi olduğunu və analoji təcrübənin artıq Moskva, Novosibirsk, Kazan və Samara kimi şəhərlərdə tətbiq edildiyini vurğulayıb.

QAZİLER.AZ