Ukrayna Prezidenti Volodimir Zelenski Liman istiqamətində döyüşən 66-cı briqadanın hərbçilərini dövlət mükafatları ilə təltif edib.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, dövlət başçısı Mstislav Xrabrı adına 66-cı əlahiddə mexanikləşdirilmiş briqadanın idarəetmə məntəqəsinə gedərək hərbçilərlə görüşüb və onlara mükafatları şəxsən təqdim edib. Zelenski həmçinin briqada komandiri ilə bölmənin qarşısında duran tapşırıqları və təminat ehtiyaclarını müzakirə edib.
Qeyd olunub ki, 66-cı briqada "Vivaldi" əməliyyatında iştirak edir. Zelenskinin sözlərinə görə, bu bölmə Üçüncü Ordu Korpusunun digər bölmələri ilə birlikdə artıq 125 kvadratkilometrdən çox ərazini yenidən Ukraynanın nəzarətinə qaytarmağa nail olub.
QAZİLER.AZ

