İran ABŞ-nin dialoqun bərpası ilə bağlı Tehrana təkliflər göndərdiyini təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə "Tasnim News" məlumat dərc edib.
Nəşrin bildirdiyinə görə, İran Nazirlər Kabinetinin iclasında xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorka son səfəri zamanı ABŞ-dən alınan təklifləri prezident Məsud Pezeşkiana təqdim edib. İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib ki, Əraqçi kabinet üzvlərini ABŞ-dən daxil olan təkliflərlə bağlı məlumatlandırıb.
Mühacirani vurğulayıb ki, İran bu məsələ ilə bağlı qərar qəbul edərkən öz xalqının maraqlarını qoruyacaq.
QAZİLER.AZ

