Türkiyədə kimya fabrikində yanğın: Yanğınla mübarizə davam edir - VİDEO

Türkiyədə kimya fabrikində yanğın: Yanğınla mübarizə davam edir - VİDEO backend

Türkiyənin Mersin şəhərində təmizlik ləvazimatları fabrikində yanğın baş verib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, yanğınsöndürənlər hazırda yanğınla mübarizə aparırlar.

Yanğın Mersinin Akdeniz rayonunda yerləşən təmizlik ləvazimatları istehsalı fabrikində başlayıb. Fabrikdən tez bir zamanda qatı tüstü qalxıb və yaxınlıqdakı sakinlərin xəbərlərindən sonra hadisə yerinə Mersin Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürənləri göndərilib.

Yanğının səbəbi və dəymiş ziyanın miqyası söndürmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.

QAZİLER.AZ