Rusiya ordusu Ukraynada üç yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynada üç yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya qoşunları Xarkov vilayətindəki Şabelnoye, Sumı vilayətindəki Tolstodubovo və Zaporojye vilayətindəki Yeqorivka kəndlərini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə 30 sentyabrda Rusiya Müdafiə Nazirliyi məlumat verib.

 "Mühasirə daxilində həlledici hücum əməliyyatları zamanı Xarkov vilayətindəki Şabelnoye kəndini tutub", - məlumatda deyilir.

Məlumatda deyilir ki, "Şimal" hərbi qrupunun bölmələri Qraçevka, Nesternoye, Rublenoye və Reznikovo uğrunda döyüşlərin getdiyi Xarkov bölgəsində döyüş əməliyyatlarını davam etdirir. Sumı bölgəsindəki hücum əməliyyatları nəticəsində Tolstodubovo kəndi azad edilib.

Ukraynalı hərbçilər bu ərazidə üç zirehli döyüş maşını, 25 nəqliyyat vasitəsi və 340-dan çox hərbçi itirdiyi bildirilib.

Bundan əlavə, "Şərq" qüvvələr qrupunun bölmələri Zaporojye bölgəsindəki Yeqorivkanı tutub.  "Ukrayna Silahlı Qüvvələrinin bu ərazidə itkiləri 280 əsgəri keçib və dörd nəqliyyat vasitəsi məhv edilib".

QAZİLER.AZ