Ukrayna Silahlı Qüvvələrinin (SQ) komandanlığı Milli Qvardiyanın bir bölüyünü Çerniqov vilayətinə göndərib.
Qaziler.az bildirir ki, bu barədə TASS Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Milli Qvardiyanın 10-cu Əməliyyat Təyinatlı Briqadasının təlim mərkəzlərində hazırlıq keçən səfərbər edilmiş hərbçilərdən ibarət bir bölüyə qədər şəxsi heyət Çerniqov vilayətinə göndərilib.
Bildirilir ki, onlar Kiyev vilayətinin müdafiəsini gücləndirmək üçün Sumı vilayətinə göndərilən hərbçiləri əvəz ediblər.
QAZİLER.AZ

