Ukrayna yaxın günlərdə Avropa İttifaqından (Aİ) yeni büdcə dəstəyi tranşı gözləyir.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib. Dövlət başçısı növbəti maliyyə dəstəyi qərarını hazırladığı üçün Avropa Komissiyasına və Avropa İttifaqına təşəkkürünü bildirib.
"Ötən həftə biz silah üçün 3,3 milyard avro əldə etdik, yaxın günlərdə isə Brüsseldən növbəti yaxşı maliyyə xəbəri — məhz büdcə dəstəyi üzrə növbəti tranş gözləyirik. Mən təşəkkür edirəm. Bunlar hələlik əvvəlcədən razılaşdırılmış rəqəmlərdir", — deyə Zelenski vurğulayıb.
QAZİLER.AZ

