Ukrayna "NASAMS" hava hücumundan müdafiə (HHM) sistemləri üçün yeni raket partiyası alıb.
Qaziler.azu barədə ölkə prezidenti Volodimir Zelenski ukraynalılara etdiyi axşam müraciətində məlumat verib. Zelenski Ukraynaya çox yaxşı bir raket partiyasının daxil olduğunu bildirərək tədarükü həyata keçirən tərəfdaşlara təşəkkür edib.
O, həmçinin "Patriot" sistemləri üçün də lazımi raketlərin təmin olunması istiqamətində bütün tərəfdaşlarla danışıqların davam etdiyini qeyd edib.
Zelenski bu həftə HHM mövzusu və Ukraynaya gələcək dəstək barədə yeni müzakirələrin planlaşdırıldığını diqqətə çatdırıb. Bundan əlavə, dövlət başçısı Belçika hökumətinin "F-16" qırıcıları ilə bağlı qərarını da açıqlayıb: "Bu il daha üç təyyarə alacağıq. Bu, səmamızın müdafiəsini gücləndirəcək. Hazırda döyüş aviasiyasından 'Şahid' dronlarının vurulması üçün istifadə olunur", — deyə o əlavə edib.
QAZİLER.AZ

